Hollandiyada terror hücumu planlaşdıran iki nəfər tutulub

Hollandiyada terror hücumu planlaşdıran iki nəfər tutulub
# 27 noyabr 2019 04:39 (UTC +04:00)

Niderland polisi ölkə ərazisində terror hücumu planlaşdıran iki nəfəri saxlayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı “NOS” teleyayım şirkəti məlumat yayıb.

Məlumata görə, 20 və 34 yaşlı iki kişi ilin sonunda kamikadze kəməri və partlayıcı qurğu yerləşdirilmiş avtomobillərdən istifadə edərək hücum həyata keçirməyi planlaşdırırmış. Şübhəlilərdən biri Zutermer şəhərindəki evində, ikincisi isə Haaqa şəhərində küçədə saxlanılıb.

Prokurorluq qeyd edib ki, terrorçuların hücumu harada keçirməyi planlaşdırdığı dəqiq bilinmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR