"Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük təhdid Ermənistanın təcavüzkar mövqeyidir".
APA-nın Anadolu agentliyinə istinadən məlumatına görə, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı açıqlamasında deyib.
O bildirib ki, Ermənistan bölgəni təhlükəyə atan təcavüzkar mövqeyindən dərhal əl çəkməlidir: “Ermənistanın xain hücumlarını qınayırıq. Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə sona qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq”.