İbrahim Kalın: “Soyqırımı yalanlarının arxasına sığınanların kimliyini bilirik”

İbrahim Kalın: “Soyqırımı yalanlarının arxasına sığınanların kimliyini bilirik”
# 24 aprel 2021 14:49 (UTC +04:00)

"Soyqırım yalanlarının arxasına sığınaraq bu vəhşəti kimlərin dəstəklədiyini bilirik".

APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” hesabında etdiyi paylaşımında yazıb.

İ. Kalın erməni terror təşkilatlarının qurbanı olan türk diplomatlarının adlarını paylaşaraq onları ehtiramla anıb.

“Unutmadıq, unutmayacağıq. Tarixi gerçəklikləri yanıldanlara qarşı həqiqətin dili ilə cavab verməyə davam edəcəyik”, - deyə Türkiyə Prezidentinin sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR