İngiltərə kraliçası II Yelizaveta NATO-ya üzv dövlət rəsmiləri üçün ziyafət verib

İngiltərə kraliçası II Yelizaveta NATO-ya üzv dövlət rəsmiləri üçün ziyafət verib
# 04 dekabr 2019 01:14 (UTC +04:00)

İngiltərə kraliçası II Yelizaveta Londonda Zirvə görüşündə iştirak edən NATO üzv dövlət rəsmiləri üçün ziyafət verib.

APA-nın London bürosunun verdiyi xəbərə görə, ziyafət mətbuata qapalı keçirilib.

NATO-nun baş katibi Yens Stoltenberq özünün tvitter səhifəsində Kraliça və üzv 29 ölkə liderinin olduğu fotonu paylaşayaraq NATO-nun 70 illiyinin müttəfiqlərlə birgə Bakinqham Sarayında keçirilməsindən böyük məmnuniyyət duyduğunu bildirib.

Qeyd edək ki, ziyafət keçirilən zaman sarayın qabağına çox sayda insanlar toplaşaraq NATO və Tramp əleyhinə şüarlar səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR