İngiltərədə karantin rejimi yumşaldılıb - FOTO

İngiltərədə karantin rejimi yumşaldılıb - FOTO
# 12 aprel 2021 17:05 (UTC +04:00)

İngiltərədə bu gündən etibarən karantin rejimi yumşaldılıb.

APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, bu gündən etibarən gündəlik tələbat olmayan məhsulların satıldığı mağazalar, gözəllik salonları və idman zalları fəaliyyətlərini bərpa edib.

Eyni zamanda, kafe və restoranlar açıq havada xidmətə başlayıb.

Britaniyanın Baş naziri Boris Conson qaydaların yüngülləşdirilməsinə baxmayaraq, insanları məsuliyyətli davranmağa çağırıb.

Qeyd edək ki, İngiltərədə mayın 17-də qapalı məkanlarda restoranların fəaliyyətinə icazə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR