İrakli Sesiaşvili: "Qarabağda baş verənlər bizi və beynəlxalq ictimaiyyəti narahat edir"

İrakli Sesiaşvili: "Qarabağda baş verənlər bizi və beynəlxalq ictimaiyyəti narahat edir"
# 27 sentyabr 2020 12:28 (UTC +04:00)

"Qarabağda baş verən hadisələr bizi və beynəlxalq ictimaiyyəti narahat edir".

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri komitəsinin sədri İrakli Sesiaşvili Azərbaycan-Ermənistan cəbhə xəttindəki vəziyyəti şərh edərkən belə deyib.

O bildirib ki, Gürcüstan hər zaman regional sülhdən yana olub və münaqişə tərəflərini atəşkəsə çağırıb: “Bizim müvafiq qurumlarımız ümumi vəziyyəti müşahidə edəcək və analizlər aparacaq, əgər sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün dəstəyimiz lazım olarsa buna hazır olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR