İranda təyyarənin vurulması nəticəsində həlak olan ukraynalıların nəşləri ölkələrinə göndəriləcək

İranda təyyarənin vurulması nəticəsində həlak olan ukraynalıların nəşləri ölkələrinə göndəriləcək
# 17 yanvar 2020 11:44 (UTC +04:00)

Tehran yaxınlığında sərnişin təyyarəsinin vurulması nəticəsində həlak olan ukraynalıların nəşləri ölkələrinə göndəriləcək.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.

Xəbərə görə, bu faciədə həlak olan Ukrayna vətəndaşlarının cəsədləri müəyyənləşdirilib və onların nəşləri yanvarın 19-da Ukraynaya qaytarılacaq.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yaylıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində beş ölkənin vətəndaşları olan 176 nəfərin hamısı həlak olub.

Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bağlı bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.

Məlum təyyarə qəzasında vətəndaşları həlak olan beş ölkənin xarici işlər nazirlərinin Londonda qəbul etdikləri birgə bəyanatında qeyd olunub ki, İran Ukraynaya məxsus təyyarənin Tehran hava limanı yaxınlığında vurulması ilə əlaqədar hərtərəfli araşdırma aparmağa və ölən sərnişinlərin yaxınlarına kompensasiya ödəməyə borcludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR