İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib

İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
  • Clock-gray 23:52
  • calendar-gray 22 Yanvar 2020

 

İraqda oktyabr ayının əvvəlindən bəri davam edən etirazlarda 600-dən çox iraqlı ölüb. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri İraq Prezidenti Barham Saleh çərşənbə günü İsveçrənin Davos şəhərində keçirilən forumda söyləyib.

"Zorakılıq aktlarının 600 günahsız nümayişçinin, gəncin ölümünə səbəb olması ağrılı və utandırıcıdır. Bu cinayətləri qınayıram, qanunu pozanlar gec-tez məsuliyyətə cəlb olunacaq”, -deyə prezident vurğulayıb. 

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date