İraqda PKK terror təşkilatının daha 3 terrorçusu zərərsizləşdirildi

İraqda PKK terror təşkilatının daha 3 terrorçusu zərərsizləşdirildi
# 14 fevral 2021 17:27 (UTC +04:00)

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında yerləşən Qara bölgəsində PKK terror təşkilatının daha 3 terrorçusunu zərərsizləşdirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə MN-nin Twitter səhifəsindən məlumat verilib.

Bildirilib ki, bununla bölgədə zərərsizləşdirilən PKK terrorçularının sayı 53 olub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalında yerləşən Qara bölgəsində terrorçulara qarşı başlatdığı “Pençe Kartal-2” əməliyyatında bundan əvvəl 3-ü “yüksək səviyyəli səlahiyyətli”lər olmaqla 48 terrorçunu ölü, 2-si isə sağ vəziyyətdə ələ keçirib.

“Pençe Kartal-2” Hərəkatında Qara bölgəsində yerləşən terrorçuların mağarasından 6 il əvvəl qaçırılaraq girov saxlanılan 13 günahsız Türkiyə vətəndaşının cəsədi də aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR