İrlandiya aprelin ortalarından etibarən koronavirus məhdudiyyətlərini yüngülləşdirə bilər

İrlandiya aprelin ortalarından etibarən koronavirus məhdudiyyətlərini yüngülləşdirə bilər
  • Clock-gray 04:26
  • calendar-gray 29 Mart 2020

İrlandiya hökuməti son iki həftə ərzində koronavirusa yoluxan xəstələrin reanimasiyaya qəbulunda azalma olacağı təqdirdə bəzi yeni məhdudlaşdırıcı tədbirlərin aprelin ortalarında aradan qalxacağına ümid edir.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, bunu İrlandiyanın Baş naziri Leo Varadkar açıqlamasında bildirib. 

O, vətəndaşlara zərurət yaranmadığı halda evləri tərk etməmək barədə göstəriş verdiyini deyib.

Qeyd edək ki, ötən gün İrlandiyada yeni virusla bağlı 14 ölüm hadisəsi qeydə alınıb. Daha 294 nəfərdə yoluxma qeydə alınıb. İki gün əvvəl isə 302 yoluxma təsdiqlənmişdi. Ölkə üzrə COVID-19-a yoluxanların ümumi say 2415-ə çatıb. 

 

Rəşad Sarıyev

Digər xəbərlər