İspaniya iyulun 1-dən əcnəbilər üçün karantin rejimini ləğv edəcək

İspaniya iyulun 1-dən əcnəbilər üçün karantin rejimini ləğv edəcək
# 25 may 2020 16:59 (UTC +04:00)

İspaniya hökuməti əcnəbilər üçün tətbiq edilən iki həftəlik karantin rejimini iyulun 1-dən ləğv edəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hökumət iyulun 1-dən əcnəbi turistlər üçün tətbiq edilən karantini ləğv edəcək.

Qeyd edək ki, mayın 15-dən etibarən İspaniyaya gələnlər 14 gün müddətində karantinə alınırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR