İspaniya koronavirusdan ölənlərin sayı 3600 nəfəri ötüb

İspaniya koronavirusdan ölənlərin sayı 3600 nəfəri ötüb
# 26 mart 2020 15:13 (UTC +04:00)

İspaniyada sutka ərzində yeni növ koronavirusdan 655 nəfər ölüb.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bununla virusdan ölənlərin sayı 3600-ü keçib.

Beləliklə, İspaniya koronavirusdan ölənlərin sayına görə Çini ötərək İtaliyadan sonra ikinci yeri tutub.

Qeyd edək ki, ölkədə koronavirus yoluxanların sayı 50 minə yaxınlaşıb.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 3287 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR