İspaniyada "Qloriya" qasırğasında ölənlərin sayı 12 nəfərə çatıb

İspaniyada "Qloriya" qasırğasında ölənlərin sayı 12 nəfərə çatıb
# 24 yanvar 2020 08:58 (UTC +04:00)

İspaniyada tüğyan edən “Qloriya” qasırğası nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “El Periodico” qəzeti məlumat yayıb.

Məlumata görə, xilasedicilər hazırda itkin düşmüş azı 2 nəfərin axtarışlarını aparırlar. Güclü küləklə, qar və yağışla müşahidə edilən tufan təxminən 80 nəfərə xəsarət yetirib.

Qeyri-sabit hava şəraiti səbəbindən İspaniya ilə Fransanı birləşdirən yüksək sürətli dəmir yolu qatarlarının hərəkəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR