İspaniyada COVID-19-a yoluxma sayı 3 milyonu, Fransada isə ölüm sayı 80 mini keçib

İspaniyada COVID-19-a yoluxma sayı 3 milyonu, Fransada isə ölüm sayı 80 mini keçib
# 10 fevral 2021 06:12 (UTC +04:00)

İspaniyada epidemiyanın başlanğıcından 3 005 487 koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin hesabatında bildirilib.

Rəsmi məlumatlara görə, epidemiyanın başlanğıcından bəri 63 mindən çox insan COVID-19-un qurbanı olub.

Fransada isə koronavirusa yoluxan xəstələrin ölüm sayı 80 147-yə yüksəlib.

Səhiyyə Departamentinin məlumatına görə, epidemiyanın başlanğıcından bəri ölkədə 3 360 235 yoluxma aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR