İspaniyada bir gündə 462 nəfər koronavirusdan ölüb - YENİLƏNİB

İspaniyada bir gündə 462 nəfər koronavirusdan ölüb - YENİLƏNİB
# 23 mart 2020 15:49 (UTC +04:00)

İspaniyada yeni koronavirusdan (COVİD-19) ölənlərin sayı artır.

APA-nın məlumatına görə, İspaniya Səhiyyə Nazirliyi son sutka ərzində 462 nəfərin virusdan öldüyünü açıqlayıb. Bununla da, ölkədə koronavirusdan ölənlərin sayı 2182-yə çatıb. Virusa yoluxanların ümumi sayının isə 33 089 nəfər olduğu bildirilir. Onlardan 3355 nəfəri sağalıb.

***

13.09

İspaniyada koronavirusdan ölənlərin sayı 1720-yə çatıb.

APA-nın xəbərinə görə, bu ölkədə indiyədək 29909 nəfər virusa yoluxub, onlardan 2575 nəfər sağalıb. Martın 22-də 391 nəfər, martın 23-də 41 nəfər koronavirusun qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR