İspaniyada ilk COVID-19 peyvəndi 96 yaşlı qadına vurulub

İspaniyada ilk COVID-19 peyvəndi 96 yaşlı qadına vurulub
# 27 dekabr 2020 15:56 (UTC +04:00)

Bu gün İspaniyada COVID-19-a qarşı peyvəndlərin vurulmasına başlanılıb.

APA bildirir ki, peyvəndin vurulması dövlət televiziyası TVE tərəfindən canlı yayımlanıb. İlk peyvənd qocalar evinin 96 yaşlı sakininə vurulub.

Peyvənd vurulan Araceli Rosario Hidalgo Sanchez 1924-cü ildə anadan olub və 2013-cü ildən bəri Guadalajaradaki Olmos qocalar evində yaşayır. Onun bir qızı, bir oğlu, dörd nəvəsi var.

O, peyvənddən sonra bunları bildirib:

"Çox yaxşı, təşəkkürlər. Gəlin görək virusun getdiyinə əmin ola biləcəyikmi?”.

Bu gün İspaniyadakı digər qocalar evlərindəki tibb bacılarına da peyvənd vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR