İspaniyada koronavirusdan ölənlərin sayı 11 min nəfərə yaxınlaşır

İspaniyada koronavirusdan ölənlərin sayı 11 min nəfərə yaxınlaşır
# 03 aprel 2020 13:53 (UTC +04:00)

İspaniyada koronavirusdan ölənlərin sayı 11 000 nəfərə yaxınlaşır.

APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

İspaniyada son sutka ərzində virusa yoluxmuş 932 nəfər vəfat edib, bununla da bu günədək koronavirusdan ölənlərin sayı 10 935-ə yüksəlib.

Son 24 saat ərzində ölkə ərazisində 7472 yeni yoluxma faktı aşkarlanıb.

İspaniyada bu günədək koronavirusa yoluxanların sayı 117 710-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR