İspaniyada koronavirusla bağlı məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib

İspaniyada koronavirusla bağlı məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib
# 21 sentyabr 2020 03:14 (UTC +04:00)

İspaniyanın paytaxtı Madridin bir sıra bölgələrində yaşayan az gəlirli sakinlər koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları məhdudiyyətlərin tətbiq edilməsində ayrı-seçkiliyə yol verilməsinə etirazını bildiriblər.

Yüzlərlə etirazçının qatıldığı aksiyada insanların hərəkətinə, həmçinin, yığıncaqlara qoyulmuş qadağanın götürülməsi tələb edilib. Bildirilib ki, məhdudiyyətlər 850 000 insanın dolanışığına mənfi təsir göstərib. Səsləndirilən şüarlarda daha münasib qadağaların tətbiq edilməsinə çağırış edilib.

Qeyd edək ki, İspaniyada Avropada ən çox koronavirusa yoluxma hadisəsi qeydə alınan ölkələrdən biridir. Paytaxt Madrid isə ölkənin pandemiyadan daha çox zərər görən şəhəridir. İndiyədək paytaxtın 37 rayonundan 12-də dinc etiraz aksiyaları keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR