İspaniyada son sutkada 187 nəfərdə koronavirus aşkarlanıb

İspaniyada son sutkada 187 nəfərdə koronavirus aşkarlanıb
# 29 may 2020 21:13 (UTC +04:00)

Son sutka ərzində İspaniyada 187 nəfərə COVID-19 diaqnozu qoyulub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.

Bildirilir ki, epidemiyanın başlanğıcından bəri virusa yoluxanların sayı 238 564-ə çatıb.

Ümumilikdə ölənlərin sayı isə 27 121 nəfərdir.

Son bir həftədə 286 nəfər xəstəxanalara yerləşdirilib (ümumilikdə 123 891), onlardan 12 nəfəri reanimasiya şöbəsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR