İspaniyada son sutkada koronavirusdan 138 nəfər vəfat edib

İspaniyada son sutkada koronavirusdan 138 nəfər vəfat edib
# 15 may 2020 13:14 (UTC +04:00)

İspaniyada son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 138 nəfər vəfat edib.

APA-nın “El Pais”ə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İspaniyada koronavirusdan ölənlərin sayı 27 459 nəfərə çatıb.

İspaniyada son sutka ərzində 549 yoluxma faktı qeydə alınıb. Ölkədə indiyə kimi COVID-19-a yoluxanların sayı 230 183 nəfərə çatıb.

144 mindən artıq şəxs xəstəlikdən sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR