İspaniyada son sutkada koronavirusdan 185 nəfər vəfat edib

İspaniyada son sutkada koronavirusdan 185 nəfər vəfat edib
# 05 may 2020 13:09 (UTC +04:00)

İspaniyada son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 185 nəfər vəfat edib.

APA-nın “El Pais” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İspaniyada koronavirusdan ölənlərin sayı 25 613 nəfərə çatıb.

İspaniyada son sutka ərzində 867 nəfər xəstəliyə yoluxub. Ölkədə indiyə kimi koronavirusa yoluxanların sayı 219 329 nəfər təşkil edir.

Xəstəlikdən sağalanların sayı 123 486 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR