İspaniyada sosial məsafənin gözlənilmədiyi çimərliklər qapadılıb

İspaniyada sosial məsafənin gözlənilmədiyi çimərliklər qapadılıb
  • Clock-gray 12:51
  • calendar-gray 09 İyun 2020

İspaniyada - Malyorka və İbizada turistlərin sosial məsafəni gözləmədiyi çimərliklər qapadılıb.

APA-nın xəbərinə görə, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Yerli hakimiyyət Malyorka və İbizada 4 çimərlikdə istirahəti qadağan edib.

Bundan başqa, Böyük Britaniyadan olan iki yüzdən çox turist sosial məsafəyə riayət etməmələri səbəbindən cəzalandırılıb.

İbizanın Benirras çimərliyindən 200-dən çox şəxsin iştirak etdiyi barabanların festivalı adlı əyləncə gecəsinin videosu yayılıb. İştirakçıların bir-birlərinə çox yaxın olmaları, sosial məsafəni gözləmədikləri məlum olub.

Bundan sonra, yerli sakinlər tərəfindən çağırılan qvardiya qüvvələri turistləri dağıdıb və çimərlik qapadılıb.

Daha sonra bildirilib ki, bu ərazidə patrul xidməti aparacaq polislərin sayı artırılacaq.

Bundan başqa, çimərlikdə istirahət edən şəxslərin əyləncə gecələri təşkil etmələrinin qarşısını almaq üçün bazar günü saat 17:00-dan saat 23:00-dək parklanma qadağan edilib.

apa-logo-mini

Digər xəbərlər