İspaniyada sərnişin qatarı avtomobillə toqquşub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

İspaniyada sərnişin qatarı avtomobillə toqquşub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
  • Clock-gray 03:18
  • calendar-gray 03 İyun 2020

 

İspaniyanın Samora bölgəsində sərnişin qatarı yoluna çıxan avtomobili vurub. 

APA ABC-yə istinadən bildirir ki, zərbənin gücündən lokomativin relsdən çıxması nəticəsində heyət üzvlərindən 2 sürücü yaralanıb, avtomobilin sürücüsü isə ölüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib.

“Renfe” Dəmir Yolu Şirkəti 108 sərnişinin olduğu vaqonların isə relsdən çıxmadığını bildirib.

 

Rəşad Sarıyev

Digər xəbərlər