İsraildə 4 nəfərdə koronavirusun Britaniyada mutasiya etmiş yeni növü aşkarlanıb

İsraildə 4 nəfərdə koronavirusun Britaniyada mutasiya etmiş yeni növü aşkarlanıb
# 24 dekabr 2020 06:10 (UTC +04:00)

İsrail həkimləri Böyük Britaniyada aşkar edilmiş koronavirusun mutasiya etmiş yeni növünə yoluxmuş 4 nəfər aşkar ediblər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilib ki, İsrail Səhiyyə Nazirliyinin mərkəzi laboratoriyasında aparılan yoxlamalar zamanı bu yaxınlarda Britaniyada aşkar edilmiş yeni koronavirus variantına yoluxma hadisəsi aşkarlanıb. Yoluxmuş xəstələrdən 3 nəfəri son günlərdə Britaniyadan ölkəyə gəlib. Onlar xüsusi dövlət karantin mərkəzlərində təcrid olunmaqdadır. Digər şəxs isə yerli vətəndaşdır”.

Hadisə ilə bağlı epidemioloji istintaq başladılıb.

Xatırladaq ki, dekabrın 14-də Britaniya Səhiyyə naziri Mett Henkok ingilis alimləri tərəfindən ölkənin cənub-şərqində koronavirusun sürətli yayılan mutasiya etmiş yeni növünün aşkar edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR