
İsrailin Müdafiə naziri koronavirus şübhəsilə özünü təcrid etmək qərarına gəlib

-
07:10
-
09 İyul 2020
İsrailin Müdafiə naziri Benni Qantz çərşənbə günü COVID-19 testi müsbət çıxmış bir şəxslə təmasda olduqdan sonra özünü təcrid etmək qərarına gəlib.
APA “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.
O bildirib ki, koronavirusa yoluxmuş xəstə ilə təmasda olduğundan şübhələnir: “Tibb mütəxəssisləri ilə məsləhətləşdikdən sonra təcrid olunmağa qərar verdim”.
Qantz müayinəsi başa çatanadək karantində olacağını qeyd edib: “Əla vəziyyətdəyəm və həmişə olduğu kimi, çalışmağa davam edəcəyəm, lakin məsafədən..."
Məlumat üçün bildirək ki, İsraildə bir sıra sahələrdə obyektlərin fəaliyyəti bərpa edildikdən sonra gündəlik orta hesabla 1000-dən çox virusa yoluxma qeydə alınır.
Bu səbəbdən hökumət ictimai tədbir keçirilən yerləri, klubları, barları və idman salonlarını yenidən bağlamaq qərarına gəlib.