İstanbulda Ukraynadan gələn gəmi koronavirus şübhəsi ilə karantinə alınıb

İstanbulda Ukraynadan gələn gəmi koronavirus şübhəsi ilə karantinə alınıb
# 27 mart 2020 22:39 (UTC +04:00)

İstanbulda Haydarpaşa Limanında Ukraynadan gələn gəmidəkilər karantinə alınıb.

APA-nın yerli bürosunun "CNN Türk"ə istinadla verdiyi xəbərə görə, gəmidəki 12 yük maşınının sürücüsü xaricdən gələnlər üçün ayrılan təcridxanaya aparılıb, 14 gün karantin şərtlərində saxlanacaqlar.

Qeyd edək ki, bir neçə gün öncə Avropadan da ağırtonnajlı yük avtomobillərinin sürücüləri gətirilərək karantinə alınıb, ümumlikdə 29 sürücü hazırda karantin şərtlərilə təcridxanada saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR