İstanbulda binada partlayış olub, 1 nəfər ölüb, 10 nəfər yaralanıb

İstanbulda binada partlayış olub, 1 nəfər ölüb, 10 nəfər yaralanıb
  • Clock-gray 11:06
  • calendar-gray 27 İyun 2020

İstanbulda Baxçalıevlərdə bir binanın zirzəmi qatında partlayış olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İstanbul valiliyindən məlumat yayılıb.

Bildirilib ki, hadisə yerli vaxtla saat 04.55-də zirzəmdə yerləşən tikiş müəssisəsində baş verib. 

Nəticədə 10 nəfər yaralanıb, xarici ölkə vətəndaşı olan 1 nəfər isə ölüb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər