İstanbuldakı təyyarə qəzasını ABŞ mütəxəssisləri də araşdıracaq

İstanbuldakı təyyarə qəzasını ABŞ mütəxəssisləri də araşdıracaq
# 08 fevral 2020 12:48 (UTC +04:00)

İstanbulda Sabiha Gökçen Hava Limanında qəzaya düşən təyyarəin qalıqlarını araşdırmaq üçün ABŞ-dan xüsusi heyət İstanbula səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, dağıntı ərazisi ABŞ Mülki Aviasiya İdarəsi, “Boeing” şirkətinin rəsmilərindən ibarət nümayəndə heyəti və Türkiyənin Nəqliyyat Təhlükəsizlik Araşdırma Mərkəzinin yaratdığı komissiya ilə birgə araşdırmağa başlanıb.

Qeyd edək ki, fevralın 5-də Türkiyədə “Boeing 737-800” tipli sərnişin təyyarəsi uçuş zolağından çıxıb. Qəzada 3 nəfər ölüb, 179 sərnişin yaralanıb. Təyyarənin “qara qutu”sunun araşdırma üçün Fransaya göndəriləcəyi bildirlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR