İsveçin Baş naziri koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib

İsveçin Baş naziri koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib
  • Clock-gray 14:57
  • calendar-gray 05 Noyabr 2020

İsveçin Baş naziri koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib.

APA-nın xəbərinə görə, bu barədə Baş nazir Stefan Lofven rəsmi "Facebook" səhifəsində yazıb. 

Baş nazir bildirib ki, onun yaxını COVID-19-a yoluxmuş bir şəxslə təmasda olub və həkimin məsləhətinə uyğun olaraq o və xanımı özlərini təcrid edəcək. 

"Bu vəziyyətdə yeganə məsuliyyətli hərəkət budur", - deyə Baş nazir qeyd edib.

Baş nazir Lofven həmçinin əlavə edib ki, onda COVID-19-a yoluxma əlamətləri yoxdur. 

 

Zümrüd Paşkin

Digər xəbərlər