İsveçrədə aprelin 19-dək fövqəladə vəziyyət elan olunub

İsveçrədə aprelin 19-dək fövqəladə vəziyyət elan olunub
# 17 mart 2020 03:28 (UTC +04:00)

İsveçrə hakimiyyəti aprelin 19-dək ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib.

APA xəbər verir ki, bu barədə AFP İsveçrə Prezidenti Simonetta Sommaruquya istinadən məlumat yayıb.

Prezidnet bildirib ki, koronavirusun ölkə daxilində yayılmasına sərt reaksiya lazımdır.

Qeyd olunub ki, ölkədə bütün ictimai və özəl tədbirlərə qadağa qoyulub.

Bir sıra mağaza və apteklər istisna olmaqla bütün iaşə müəssisələri bağlanacaq.

Bundan əlavə qonşu ölkələrlə - Almaniya, Fransa və Avstriya ilə sərhədlərdə nəzarətin gücləndiriləcəyi bildirilib.

Əvvəllər bu cür nəzarət yalnız İtaliya ilə sərhəddə tətbiq edilirdi.

Son məlumatlara görə, artıq İsveçrədə 2200 koronavirus infeksiyası qeydə alınıb. Şənbə günündən bəri 800-dən çox virusa yoluxma qeydə alınıb. Bu günə qədər ölənlərin sayı 18-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR