İsveçrədə dağ xizəkçiliyi kurortunda 10 nəfər qar uçqunun altında qalıb

İsveçrədə dağ xizəkçiliyi kurortunda 10 nəfər qar uçqunun altında qalıb
# 19 yanvar 2021 08:16 (UTC +04:00)

İsveçrənin “Verbier” dağ xizəkçiliyi kurortunda 10 nəfər qar uçqunun altında qalıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisin məlumatında bildirilib.

Qeyd edilib ki, uçqun xizək yolunun kənarında baş verib. Nəticədə bir xizəkçi ölüb, digəri yaralanıb. Ölən şəxsin Britaniya vətəndaşı olduğu bildirilib.

Əraziyə xilasedicilər cəlb edilib. Prokurorluq hadisə ilə əlaqədar istintaq başladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR