İtaliya fövqəladə vəziyyətdən mərhələli çıxış planını açıqlayacaq

İtaliya fövqəladə vəziyyətdən mərhələli çıxış planını açıqlayacaq
# 21 aprel 2020 11:00 (UTC +04:00)
İtaliya hökuməti bu həftə mayın 4-ə qədər tətbiq olunan fövqəladə vəziyyətin mərhələli şəkildə aradan qaldırılması ilə bağlı planı açıqlayacaq.
APA-nın xəbərinə görə, bu barədə İtaliyanın Baş naziri Cuzeppe Konte rəsmi "Facebook" hesabında bildirib: "Kaş ki, deyə bilərdim: hər şeyi dərhal yenidən açaq. Sabah səhərdən başlayırıq ... Ancaq belə bir qərar məsuliyyətsizlik olardı. Bu, yoluxma əyrisini nəzarətsiz bir şəkildə qaldırar və bu günə qədər etdiyimiz bütün səylərimizi məhv etmiş olar".
O qeyd edib ki, hökumət üçün vətəndaşların sağlamlığının qorunması birinci yerdədir, lakin istehsal sisteminin səmərəliliyini qorumaq da onun məqsədidir.

"Biz milli plan əsasında hərəkət etməliyik, lakin ərazi özəllikləri də nəzərə alınacaq. Bu həftənin sonuna qədər sizi bu plan barədə məlumatlandırmağa və dəqiqləşdirilmiş proqramın təfərrüatlarını izah etməyə söz verirəm. Proqnozumuz odur ki, mayın 4-dən bu planın tətbiqinə başlayaq", Baş nazir Konte qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR