İtaliyada COVID-19-a gündəlik yoluxma sayı may ayının göstəricilərinə çatıb

İtaliyada COVID-19-a gündəlik yoluxma sayı may ayının göstəricilərinə çatıb
# 27 avqust 2020 00:24 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma halların sayı gün ərzində 1337 nəfər artıb ki, bu da may ayının əvvəlindən bəri ən yüksək göstəricidir.

APA xəbər verir ki, bu barədə məlumatlar ölkənin Səhiyyə Nazirliyi tərəfindən açıqlanıb.

İtaliyada gündəlik yoluxma hallarının sayı avqustun 22-1000 nəfəri keçib, ertəsi gün isə bu rəqəm 1210 nəfər olub. Pandemiyanın başlanğıcından bəri ölkədə virusa yoluxanların ümumi sayı 262 540-a çatıb, onlardan 206 329 nəfər sağalıb, 35 458 nəfər isə dünyasını dəyişib. Son sutka ərzində 13 nəfər koronavirus infeksiyasına yoluxma nəticəsində ölüb.

İnfeksiyaya yoluxma hallarının ən çoxu (269) şimali Lombardiyada qeydə alınıb. Mütəxəssislər yoluxanların sayının artmasını ölkə vətəndaşlarının yay tətili, həmçinin xaricə səfərləri ilə əlaqələndirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR