İtaliyada koronavirusa gündəlik yoluxma sayında artım müşahidə olunur

İtaliyada koronavirusa gündəlik yoluxma sayında artım müşahidə olunur
# 07 mart 2021 02:04 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 23 641 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 307 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 99 578 nəfərə çatıb. Ölkədə hazırda 465 812 aktiv koronavirus xəstəsi var, onlardan 2571-i ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 3 046 762 nəfərdən 2 481 372 nəfər (son sutkada 13 984 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR