İtaliyada koronavirusa yoluxan aktiv xəstələrin sayı azalır

İtaliyada koronavirusa yoluxan aktiv xəstələrin sayı azalır
  • Clock-gray 00:51
  • calendar-gray 11 İyul 2020

İtaliyada son sutkada 12 nəfər koronavirusdan vəfat edib.

APA-nın AA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ölüm hadisələrinin sayı 34938-ə çatıb, koronavirusa yoluxan aktiv xəstələrin sayı 13428-ə enib.

Son 24 saat ərzində cəmi 276 yeni yoluxma qeydə alınıb.

194273 nəfər sağalaraq evə buraxılıb.

Bu günə qədər ölkə daxilində 5,85 milyondan çox insan test edilib.

 

Rəşad Sarıyev

Digər xəbərlər