İtaliyada koronavirusa yoluxanların sayı 1,4 milyonu keçib

İtaliyada koronavirusa yoluxanların sayı 1,4 milyonu keçib
  • Clock-gray 00:49
  • calendar-gray 23 Noyabr 2020

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 28 337 nəfər artıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 562 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 49 823 nəfərə çatıb. Ölkədə hazırda 805 947 aktiv koronavirus xəstəsi var, onlardan 3801-i ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 408 868 nəfərdən 553 098 nəfər sağalıb.

apa-logo-mini

Digər xəbərlər