İtaliyada koronavirusa yoluxanların sayı 3 milyonu keçib

İtaliyada koronavirusa yoluxanların sayı 3 milyonu keçib
# 06 mart 2021 03:02 (UTC +04:00)

İtaliyada koronavirusa yoluxanların ümumi sayı 3 milyonu keçərək 3 023 129 nəfərə yüksəlib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində 24 036 yoluxma, 297 ölüm qeydə alınıb.

Koronavirusa yoluxanlar arasında ümumilikdə ölüm sayı isə 99 271-ə çatıb.

Qeyd edək ki, İtaliyada martın 6-dan etibarən karantin rejimi sərtləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR