İtaliyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötüb

İtaliyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötüb
# 19 mart 2021 04:34 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 24 935 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 423 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 103 855 nəfərə çatıb. Ölkədə hazırda 547 510 aktiv koronavirus xəstəsi var, onlardan 3333-ü ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 3 306 711 nəfərdən 2 655 346 (son sutkada 15 976 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR