İtaliyada koronavirusa yoluxanların sayı 3,4 milyonu keçib

İtaliyada koronavirusa yoluxanların sayı 3,4 milyonu keçib
# 23 mart 2021 03:02 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 13 846 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 386 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 105 328 nəfərə çatıb. Ölkədə hazırda 563 067 aktiv koronavirus xəstəsi var, onlardan 3510-u ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 400 877 nəfərdən 2 732 482 (son sutkada 32 720 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR