İtaliyada koronavirusa yoluxanların sayı 3,6 milyonu keçib

İtaliyada koronavirusa yoluxanların sayı 3,6 milyonu keçib
# 02 aprel 2021 01:25 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 23 649 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 501 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 109 847 nəfərə çatıb. Ölkədə hazırda 563 479 aktiv koronavirus xəstəsi var, onlardan 3681-i ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 607 083 nəfərdən 2 933 757 (son sutkada 20 712 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR