İtaliyada koronavirusa yoluxma üzrə statistika yenidən kritik həddə çatıb

İtaliyada koronavirusa yoluxma üzrə statistika yenidən kritik həddə çatıb
# 02 dekabr 2020 20:52 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 20 709 nəfər artıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 684 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 57 045 nəfərə çatıb. Ölkədə hazırda 761 230 aktiv koronavirus xəstəsi var, onlardan 3616-sı ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 641 610 nəfərdən 823 335 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR