İtaliyada koronavirusdan ölənlərin sayı 10 mini keçib

İtaliyada koronavirusdan ölənlərin sayı 10 mini keçib
# 28 mart 2020 22:17 (UTC +04:00)

İtaliyada son 24 saat ərzində COVID-19 virusuna yoluxmuş 889 nəfər vəfat edib.

APA-nı n xəbərinə görə bu barədə İtaliya Səhiyyə Nazirliyi məlumat yayıb. Ölkədə ümumilikdə koronavirusdan ölənlərin sayı 10023-ə çatıb. Son 24 saat ərzində 5974 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da ümumilikdə virusa yoluxanların sayı 92474-ə yüksəlib.

Koronavirusun ən çox yayıldığı Lombardiya əyalətində son sutka ərzində 542 ölüm faktı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR