İtaliyada koronavirusdan ölənlərin sayı 65 mini ötüb

İtaliyada koronavirusdan ölənlərin sayı 65 mini ötüb
# 14 dekabr 2020 20:58 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 12 030 nəfər artıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 491 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 65 011 nəfərə çatıb. Ölkədə hazırda 675 109 aktiv koronavirus xəstəsi var, onlardan 3095-i ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 855 737 nəfərdən 1 115 617 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR