İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 13 902 nəfərin yoluxduğu təsdiqlənib.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 318 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 100 103 nəfərə çatıb. Ölkədə hazırda 472 533 aktiv koronavirus xəstəsi var, onlardan 2700-ü ağır vəziyyətdədir.
Bütün pandemiya dövrü ərzində yoluxmuş 3 081 368 nəfərdən 2 508 732 (son sutkada 13 893 nəfər) sağalıb.