İtaliyada koronavirusun "Britaniya" variantı aşkar edilib

İtaliyada koronavirusun "Britaniya" variantı aşkar edilib
# 21 dekabr 2020 01:02 (UTC +04:00)

Böyük Britaniyadan İtaliyaya səfər edən bir sərnişində koronavirusun yeni növ mutasiyası aşkar olunub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son həftələrdə Britaniyada SARS-CoV-2 virusunun genomu ilə qarşılaşan şəxs Romadakı Çelio hərbi xəstəxanasının mütəxəssisləri tərəfindən təcrid olunub.

“Bir neçə gün əvvəl Britaniyadan Romanın “Fyumiçino” hava limanına təyyarə ilə qayıdan pasiyent və onun həmkarı təcrid olunublar və digər ailə üzvləri və yaxın təmasda olduqları şəxslərlə birlikdə Səhiyyə Nazirliyinin müəyyən etdiyi bütün qaydalara əməl edirlər”, - Səhiyyə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR