İtaliyada son bir gündə 10 680 nəfərdə COVID-19 aşkarlanıb

İtaliyada son bir gündə 10 680 nəfərdə COVID-19 aşkarlanıb
# 05 aprel 2021 22:36 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 10 680 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 296 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 111 326 nəfərə çatıb. Ölkədə hazırda 570 096 aktiv koronavirus xəstəsi var, onlardan 3737-si ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 678 944 nəfərdən 2 997 522 (son sutkada 9323 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR