İtaliyada son bir gündə 13 844 nəfərdə koronavirus aşkar edilib

İtaliyada son bir gündə 13 844 nəfərdə koronavirus aşkar edilib
# 22 aprel 2021 02:28 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 13 844 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 364 nəfər bu virusdan ölüb.

Həmçinin infeksiyadan ölənlərin ümumi sayı 117 997 nəfərə çatıb. Ölkədə hazırda 475 635 aktiv koronavirus xəstəsi var, onlardan 3076- ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 904 899 nəfərdən 3 311 267 (son sutkada 20 552 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR