İtaliyada son bir gündə 22,4 min nəfərə koronavirus diaqnozu qoyulub

İtaliyada son bir gündə 22,4 min nəfərə koronavirus diaqnozu qoyulub
# 11 mart 2021 04:11 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 22 409 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 332 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 100 811 nəfərə çatıb. Ölkədə hazırda 487 074 aktiv koronavirus xəstəsi var, onlardan 2827-si ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 3 123 368 nəfərdən 2 535 483 (son sutkada 13 752 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR