İtaliyada son bir gündə 376 nəfər koronavirusdan ölüb

İtaliyada son bir gündə 376 nəfər koronavirusdan ölüb
# 04 aprel 2021 02:27 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 21 261 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 376 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 110 704 nəfərə çatıb. Ölkədə hazırda 564 855 aktiv koronavirus xəstəsi var, onlardan 3714-ü ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 650 247 nəfərdən 2 974 688 (son sutkada 21 311 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR