İtaliyada son bir gündə 529 nəfər koronavirusun qurbanına çevrilib

İtaliyada son bir gündə 529 nəfər koronavirusun qurbanına çevrilib
# 31 mart 2021 04:59 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 16 017 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 529 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 108 879 nəfərə çatıb. Ölkədə hazırda 562 832 aktiv koronavirus xəstəsi var, onlardan 3716-sı ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 561 012 nəfərdən 2 889 301 (son sutkada 18 687 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR